Çində `Nida` xəbərdarlığı


14:05     31 İyul 2016 39e06dc56d901b6ff0359680c34fd1d1.jpg

Çin Dövlət Meteorologiya Mərkəzi “Nida” qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlıq edib.


“Sinxua” agentliyinin verdiyi məlumata görə, qasırğa bu gün səhər Filippinin paytaxtı Maniladan 380 km uzaqlıqda qeydə alınıb, Çinin Quandun əyalətinə günün ikinci yarısında çatacaq.

Hazırda qasırğanın sürəti saniyədə 28 metrdir. Çin meteoroloqların proqnozuna əsasən, qasırğanın sürəti Quandun əyalətinə çatanda saniyədə 38-45 metrə çatacaq. Çinin sahil rayonlarında güclü külək və leysan yağışlar gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1322